...

Bakıda ətin qiymətinin süni artırılmasının qarşısının alınması üzrə tədbirlər intensivləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 18:26 (UTC +04:00)
Bakıda və ətraf qəsəbələrdə noyabrın 6-8-də keçiriləcək Qurban bayramı zamanı qoyunların satılşı üçün xüsusi ərazilərin ayrılması gözlənilir
Bakıda ətin qiymətinin süni artırılmasının qarşısının alınması üzrə tədbirlər intensivləşdirilir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir A.Axundov/

Bakıda və ətraf qəsəbələrdə noyabrın 6-8-də keçiriləcək Qurban bayramı zamanı qoyunların satılşı üçün xüsusi ərazilərin ayrılması gözlənilir. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycan İqtisadi İnkişaf Nazirliyinın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

"Həmin məntəqələrdə sahibkarlar üçün bütün lazımi şərait yaradılacaq, həmçinin onlardan kirayə haqqı alınmayacaq ki, bu da qoyunları bazar qiymətindən aşağı satmağa imkan verəcək", - Əliyev bildirib.

Onun sözlərinə görə, həmin məntəqələrin yerləşəcəyi ərazilər barədə əvvəlcədən məlumat veriləcək.

"Bayram zamanı ətin qiymətinin süni artırılması hallarının qarşısını almaq məqsədilə, həmçinin keyfiyyətli ətə nəzarət üçün nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqləri intensivləşdirir", - Əliyev deyib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, hər istirahət günləri keçirilən kənd təsərrüfatı yarmarkalarında bayram zamanı satılan ətin həcmi artırılacaq.

"Biz hər istirahət günləri yarmarka keçiririk, bu dəfə satılacaq ətin həcmini artıracağıq", - nazirlikdən deyiblər.

Xəbər lenti

Xəbər lenti