...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2013 15:56 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir A.Axundov/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78478 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

14 yanvar

0,7848

21 yanvar

0,7848

15 yanvar

0,7849

22 yanvar

0,7848

16 yanvar

0,7849

23 yanvar

0,7849

17 yanvar

0,7849

24 yanvar

0,7847

18 yanvar

0,7848

35 yanvar

0,7847

Həftə ərzində orta

0,78486

Həftə ərzində orta

0,78478

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməz qalıb. Müvafiq olaraq, orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7856 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): yanvarın 21-də sövdələşmə aparılmayıb, buna görə də məzənnə 0,7856 AZN/USD səviyyəsində qalıb; yanvarın 22-də 0,7856 AZN/USD məzənnə ilə $3,641 mln.; yanvarın 23 və 24-də sövdələşmə aparılmayıb, buna görə də məzənnə 0,7856 AZN/USD səviyyəsində qalıb; yanvarın 25-də 0,7856 AZN/USD məzənnə ilə $1,616 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

14 yanvar

0,7856

21 yanvar

0,7856

15 yanvar

0,7856

22 yanvar

0,7856

16 yanvar

0,7856

23 yanvar

0,7856

17 yanvar

0,7856

24 yanvar

0,7856

18 yanvar

0,7856

25 yanvar

0,7856

Həftə ərzində orta

0,7856

Həftə ərzində orta

0,7856

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti