...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2013 10:26 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) bahalaşıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir A.Axundov/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) bahalaşıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78486 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

4 mart

0,7848

11 mart

0,7849

5 mart

0,7850

12 mart

0,7849

6 mart

0,7850

13 mart

0,7849

7 mart

0,7849

14 mart

0,7848

8 mart

0,7849

15 mart

0,7848

Həftə ərzində orta

0,78492

Həftə ərzində orta

0,784486

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0001 bənd (0.01 faiz) artıb. Müvafiq olaraq, orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78368 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 12-də 0,7837 AZN/USD məzənnə ilə 5,432 mln. dollar; martın 13-də 0,7837 AZN/USD məzənnə ilə 1,072 mln. dollar; martın 14-də 0,7837 AZN/USD məzənnə ilə 1,035 mln. dollar; martın 15-də 0,7836 AZN/USD məzənnə ilə 7,061 mln. dollar olub. Martın 11-də sövdələşmələr olmadığından məzənnə 0,7837 AZN/USD səviyyəsində qalıb.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

4 mart

0,7837

11 nart

0,7837

5 mart

0,7837

12 mart

0,7837

6 mart

0,7837

13 mart

0,7837

7 mart

0,7837

14 mart

0,7837

8 mart

0,7837

15 mart

0,7836

Həftə ərzində orta

0,7837

Həftə ərzində orta

0,78368

USD/AZN T+1 və T+2 aləti üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti