...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2013 15:02 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) ucuzlaşıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir A.Axundov/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) ucuzlaşıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78464 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

27 may

0,7846

3 iyun

0,7846

28 may

0,7846

4 iyun

0,7846

29 may

0,7846

5 iyun

0,7846

30 may

0,7846

6 iyun

0,7846

31 may

0,7846

7 iyun

0,7848

Həftə ərzində orta

0,7846

Həftə ərzində orta

0,78464

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməz qalıb. Bununlada orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7836 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyun ayının 4, 5 və 6-da sövdələşmələr bağlanmadığından məzənnə 0,7836 AZN/USD səviyyəsində qalıb; iyun ayının 3-də 0,7836 AZN/USD məzənnə ilə 3 mln. dollar; iyun ayının 7-sində 0,7836 AZN/USD məzənnə ilə 0,89 mln. dollar.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

27 may

0,7836

3 iyun

0,7836

28 may

0,7836

4 iyun

0,7836

29 may

0,7836

5 iyun

0,7836

30 may

0,7836

6 iyun

0,7836

31 may

0,7836

7 iyun

0,7836

Həftə ərzində orta

0,7836

Həftə ərzində orta

0,7836

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti