Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir A. Axundov/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,03 faiz) ucuzlaşıb.
Trend-in məlumatına görə, ötən həftə orta məzənnə 0,78446 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
29 iyul |
0,7844 |
22 iyul |
0,7844 |
30 iyul |
0,7844 |
23 iyul |
0,7844 |
31 iyul |
0,7844 |
24 iyul |
0,7843 |
1 avqust |
0,7844 |
25 iyul |
0,7843 |
2 avqust |
0,7845 |
26 iyul |
0,7843 |
Həftə ərzində orta |
0,78446 |
Həftə ərzində orta |
0,78434 |
Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə 0,7835 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyulun 29-da $3,7 mln; iyulun 30-da $7,668 mln; iyulun 31-də $0,25 mln; avqustun 2-də $0,91 mln. Avqustun 1-də sövdələşmələr aparılmayıb.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi |
|||
29 iyul |
0,7835 |
22 iyul |
0,7835 |
30 iyul |
0,7835 |
23 iyul |
0,7835 |
31 iyul |
0,7835 |
24 iyul |
0,7835 |
1 avqust |
0,7835 |
25 iyul |
0,7835 |
2 avqust |
0,7835 |
26 iyul |
0,7835 |
Həftə ərzində orta |
0,7835 |
Həftə ərzində orta |
0,7835 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.