...

Vahid Əhmədov: Azərbaycanda "Sənaye ili"nin elan edilməsi qeyri-neft sektorunun inkişafı üçün çox vacibdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2014 19:11 (UTC +04:00)
Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ölkədə qeyri-neft sektorunun inkişafı baxımından çox vacibdir. Bunu Trend-ə Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışını şərh edərkən deyib.
Vahid Əhmədov: Azərbaycanda "Sənaye ili"nin elan edilməsi qeyri-neft sektorunun inkişafı üçün çox vacibdir

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ölkədə qeyri-neft sektorunun inkişafı baxımından çox vacibdir. Bunu Trend-ə Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, 2014-cü ilin "Sənaye ili" elan edilməsi çox müsbət amildir: "Belə ki, qeyri-neft sektorunda 4 əsas istiqamət kənd təsərrüfatı, sənaye, turizm və insan kapitalının inkişafıdır. Neft hasilatında artıq müəyyən azalma müşahidə edilir, buna görə də qeyri-neft sektorunun əsas istiqaməti kimi sənayenin inkişafına böyük diqqət yetirilir. Bu iş davam edir. Ötən il sənaye sahəsində təqribən 11 faiz artım qeydə alınıb".

V.Əhmədov bildirib ki, 2013-cü il Azərbaycan üçün iqtisadi və siyasi baxımdan uğurlu il olub: "İnflyasiya çox aşağı səviyyədə - 2,4 faiz olub, ölkədə ümumi daxili məhsulun, əməkhaqlarının artımı müşahidə edilib".

Millət vəkilinin fikrincə, 2013-cü ildə Azərbaycanda ən önəmli hadisələr Trans-Adriatik boru kəmərinin (TAP) Azərbaycan qazının ixracının əsas marşrutu qismində seçilməsi və "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi oldu.

Onun sözlərinə görə, bu, çox böyük layihədir: "Mən onu 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə eyniləşdirirəm. Bu, Azərbaycan üçün iqtisadi və siyasi baxımdan vacibdir. Bu, ölkənin müstəqilliyinin daha bir qarantıdır. Bu xətt üzrə təqribən 40 milyard həcmində investisiyanın cəlb edilməsi gözlənilir".

V.Əhmədov vurğulayıb ki, digər ciddi məsələ korrupsiya ilə mübarizədir: "2013-cü ildə bu istiqamətdə böyük həcmdə iş görülüb. Səmərəli metodlardan biri "ASAN xidmət"in tətbiq edilməsi oldu. Buna baxmayaraq, bu məsələ hələ də gündəmdədir və dövlət başçısı onun həllinə diqqətin artırılmasını tapşırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti