...

Pivəni nağd pulla topdan satanlar cərimələnəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2016 12:58 (UTC +04:00)
Azərbaycanda xeyli miqdarda pivənin nağd pul ilə satışı qadağan edilir.
Pivəni nağd pulla topdan satanlar cərimələnəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda xeyli miqdarda pivənin nağd pul ilə satışı qadağan edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Məcəllənin 213-1-ci maddəsində "Tütün" sözü "Pivənin və tütün" sözləri ilə əvəz edilib.

Belə ki, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti