...

Gürcüstan dəmir yolu 2006-cı ildə daşımaların həcmini 18% artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2007 12:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ 2006-cı ildə Gürcüstan dəmir yolu vasitəsi ilə həyata keçirilən yük və sərnişin daşımalarının həcmini artıb. "Gürcüstan dəmir yolu" MMC-dən verilən məlumata görə, ötən il yük daşımaları 22 603 000 ton təşkil edib. Bu, 2005-ci ilin analoji göstəricisdən 3 616 000 ton çoxdur.

Ötən ilin Gürücstan dəmir yolu ilə ümumilikdə 13 534 000 ton neft və neft məhsulları daşınıb. Bu da 2005-ci ilin göstəricisindən 2 121 000 ton çoxdur. Müvafiq müddət ərzində daşınan quru yüklərin həcmi isə 9 069 000 ton olub. Öz növbəsində bu 2005-ci ildəki göstəricidən 7 574 000 ton çoxdur.

Sərnişin daşımalarına gəldikdə isə məlum olub ki, 2006-cı ildə Gürcüstan dəmir yolu vasitə 3 874 000 adam daşınıb. Bu da 2005-ci ilin göstəricisindən 284 000 çoxdur.

Məlumata görə, 2006-cı ildə dəmir yolu vasitəsi ilə həyata keçirilən yük daşımalarından 257 mln. lari gəlir əldə olunub. Bu, 2005-ci il göstəricisindən 41 mln. lari artıqdır. Sərnişin daşımalarına gəlincə isə burada gəlirlər 15 121 000 lari təşkil edib. Öz növbəsində bu, 2005-ci il göstəricisindən 3 737 000 lari çoxdur.

Gürücstan dəmir yolunda yük daşımalarının ümumi həcmi 2006-cı ildə 18 faiz, gəlirlər 25 faiz, əməliyyat gəliri 54 faiz artıb. Xalis gəlir isə 116 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti