...

Azərbaycanın Milli Depozit Mərkəzi depozitar uçot sisteminin təkmilləşdirilməsi layihəsini başa çatdırır

Telekommunikasiya Materials 16 İyul 2009 17:39 (UTC +04:00)
Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) depozitar uçot sisteminin (DUS) təkmilləşdirilməsi layihəsini başa çatdırır

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir H.Vəliyev /

"Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) depozitar uçot sisteminin (DUS) təkmilləşdirilməsi layihəsini başa çatdırır", - Trend -a cümə axşamı MDM-in Analitik-informasiya departamentinin rəhbəri Süleyman Seyfulla deyib.

Yeni kompleks depozitar və hesabat-klirinq fəaliyyətini tənzimləyən cari normativlərdə nəzərdə tutulmuş bütün əməliyyatlardan istifadə olunmanı nəzərdə tutur. Həmçinin yeni kompleks DUS-un bütün iştirakçılarına MDM-in informasiya işlənməsi sistemi ilə qarşılıqlı fəaliyyətdə olmaq imkanı verəcək.

Yeni kompleksin üstünləkləri bunlardır: Online rejimində iş, məhsulun avtomatik yenilənməsi, depozitar sistemin iştirakçıları (qeydiyyatçılar, emitentlər, qiymətli kağızların satıcılar) ilə elektron sənəd dövriyyəsinin yaradılması imkanı, qiymətli kağızlarla əməliyyatlara xidmət göstərilməsi imkanı, hesabatlılığı ötürmə imkanı və s.

Seyfulla bildirib ki, hazırda MDM-in DUS test istismarı mərhələsindədir. İstismara veriliş isə ən yaxın zamanda gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti