...

Azərbaycanın mobil rabitə operatoru Naxçıvan MR-də 3G şəbəkəsinin genişləndirilməsi üzrə iş aparır

Telekommunikasiya Materials 9 Mart 2010 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC Naxçıvan Muxtar Respublikasında 3G şəbəkəsinin genişləndirilməsi üzrə iş aparır. Bunu Trend -a şirkətin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev deyib.

Fərzəliyevin sözlərinə görə, telekommunikasiya avadanlığının quraşdırılması üzrə işlər Naxçıvan MR-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirilir ki, bu da abonent bazasının 20 minə çatdırılmasına imkan verir.

3G avadanlığının quraşdırılması MR əhalisinə ənənəvi səsli xidmətlərlə yanaşı, məlumatların yüksək sürətlə ötürülməsi, mobil televiziya, videozənglər və digər rabitə xidmətlərinin göstərilməsinə imkan verəcək.

3G mobil rabitəsi məlumatların yüksək sürətlə ötürülməsi ilə xarakterizə edilir. 3G şəbəkəsində məlumatların ötürülmə sürəti 3,5 Mbit/s-ə çatır ki, bu da multimedianın operativ yüklənməsini, internetə yüksəksürətli girişi, elektron poçt və fayl əlavələri ilə işin rahatlığını təmin edir.

Hazırda Azerfon operatorunun 3G şəbəkəsi Bakı, Abşeron yarımadası və Sumqayıt ilə yanaşı, Gəncə, Şirvan, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz və Şəmkirdə də genişlənib. Şirkətin gələcək planlarına üçüncü nəsil şəbəkənin bütün respublika ərazisində genişləndirilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti