...

Deputat: Azərbaycanda dini inanclara heç bir məhdudiyyət yoxdur, hər kəsin dini azadlığı tam şəkildə təmin olunur

Nəzər nöqtəsi Materials 31 İyul 2018 15:40 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda guya dindarlara qarşı təzyiqlərin edilməsi ilə bağlı sosial şəbəkələrdə aparılan təxribat xarakterli kampaniya din pərdəsi altında gizlənmiş radikal qrupların əməlidir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bu gün Azərbaycanda dünyaya nümunə olacaq dövlət-din modeli mövcuddur:

“Azərbaycanda vətəndaşların dini baxışlarına, inanclarına böyük hörmətlə yanaşılır. Bu gün Azərbaycanda bütün dinlərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Ölkədə çoxlu sayda məscidlər mövcuddur. Bu məscidlər dövlət tərəfindən təmir olunur, çoxlu sayda yeni məscidlər tikilib, ölkədə bütün dini bayramların, mərasimlərin keçirilməsi, insanların ibadətlərini etməsi üçün hər cür şərait yaradılıb”.

Deputat qeyd edib ki, Azərbaycan dini dözümlülük baxımından öndə gələn ölkələr sırasına daxildir:

“Azərbaycanda vətəndaşların dini inanclarına heç bir məhdudiyyət yoxdur, ölkədə hər kəsin dini azadlığı tam şəkildə təmin olunur. Azərbaycan dünyada tolerant, multikultural ölkə kimi tanınır, dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfələr verir. Lakin çox təəssüflər olsun ki, din pərdəsi altında gizlənən bəzi radikal qruplar ölkəmizdə yaradılmış bu şəraitdən istifadə edərək öz məqsədlərini həyata keçirməyə çalışırlar. Biz heç zaman ölkəmizdə dini radikalizmin ayaq açmasına imkan verməməliyik. Bu gün din pərdəsi altında gizlənərək dövlətçiliyə qarşı, ölkəmizin suverenliyinə qarşı hər hansı bir addım atılırsa, əlbəttə, onun qarşısı qətiyyətlə alınmalıdır”.

Onun sözlərinə görə, dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının borcudur ki, ölkədə sabitliyi qorusun, dövlətçiliyə öz töhfəsini versin, din pərdəsi altında gizlənən radikal qrupların ayaq açmasına imkan verməsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti