Azərbaycan,Bakı, 12 fevral / Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov /
İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) səfiri Əli Əsgər Sultaniyyə bəyan edib ki, İran tərəfi çərşənbə günü, fevralın 13-də BAEA nümayəndələri ilə nüvə danışıqlarının daha bir mərhələsi keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə "IRIB" xəbər verib.
Sultaniyyə deyib ki, İranla BAEA arasında danışıqların doqquzuncu mərhələsi Tehranda keçiriləcək.
Tehranın milli nüvə proqramı üzrə "altılıq" nümayəndələri ilə danışıqlar fevralın 26-da Almatıda keçirilməsi planlaşdırılıb.