...

İranlı general: Bu gün İran üçün ən ciddi təhlükə təkfirçi terrorçu qruplaşmalardır

Dünya xəbərləri Materials 26 Oktyabr 2015 11:13 (UTC +04:00)
ABŞ terrorçu və təkfirçi qruplaşmalardan vasitə kimi istifadə edir. Bu gün İran üçün ən ciddi təhlükə terrorçu və təkfirçi qruplaşmalardır.
İranlı general: Bu gün İran üçün ən ciddi təhlükə təkfirçi terrorçu qruplaşmalardır

Bakı, 26 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

ABŞ terrorçu və təkfirçi qruplaşmalardan vasitə kimi istifadə edir. Bu gün İran üçün ən ciddi və yaxın təhlükə terrorçu və təkfirçi qruplaşmalardır. Trend-in məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin quru qoşunları komandiri, briqada generalı Əhmədrza Purdəstan İranın "Al-Aləm" telekanalına müsahibəsində "İran üçün ciddi təhlükə varmı? sualını cavablandırarkən söyləyib.

Ə.Purdəstan bildirib ki, ABŞ öz strategiyasını dəyişib və İranla birbaşa müharibəyə girmək əvəzinə təkfirçi və terrorçu qruplaşmalardan istifadə edir: "1991-ci ildə ABŞ regionda birbaşa hücumu təcrübə etdi və ötən 13-14 il ərzində uğur qazana bilmədi. Buna görə də taktikasını dəyişdi".

Ə.Purdəstan iqtisadi sahədə olan müharibədə də ABŞ-ın məğlub olduğunu bildirib: "İran İslam İnqilabından sonra ABŞ İrana qarşı müxtəlif sanksiyalar tətbiq etdi. Hətta Barak Obama hökuməti iflicedici sanksiyalar tətbiq etdi. Lakin İran xalqını təslim edə bilmirlər".

Ə.Purdəstan qeyd edib ki, Ali Lider silahlı qüvvələrə tapşırıb ki, ətrafınızda baş verən müharibələrə hərbi təlim kimi baxın və ondan istifadə edin: "Birinci və ikinci Fars Körfəzi müharibəsi, Əfqanıstandakı müharibə, Taliban, Əl-Qaidə, İŞİD və Əl-Nüsrə kimi terrorçu qruplaşmaların qonşu ölkələrdəki fəaliyyəti bizim üçün böyük təcrübə idi. Biz bu müharibələri analiz etməklə müdafiə potensialımızı gücləndirmişik".

Ə.Purdəstan deyib ki, İran Silahlı Qüvvələri həm yümşaq müharibə, həm də standart müharibə və texnologiyalar baxımından öz gücünü artırıb: "Təkfirçi terrorçu qruplaşmalarla müharibə aparmaq məqsədi ilə Silahlı Qüvvələrin hərbi hazırlıq gücünü artırmaq üçün əsasnamə hazırlanıb, istifadə olunacaq silahlar və qaydalar müəyyənləşib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti