...

Manilada mehmanxanaya edilən hücumdan sonra 34 nəfərin cəsədi tapılıb (FOTO) (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 2 İyun 2017 07:03 (UTC +04:00)
Manilada baş verən hücum terror aktı deyil
Manilada mehmanxanaya edilən hücumdan sonra 34 nəfərin cəsədi tapılıb (FOTO) (YENİLƏNİB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 22:19-da yayılıb)

Bakı. Trend:

Manilada mehmanxanaya edilən hücumdan sonra 34 nəfərin cəsədi tapılıb.

Trend-in məlumatına görə, naməlum şəxs qarət məqsədi ilə mehmanxananın binasında yerləşən kazinoya daxil olub və atəş acıb. Sonra o kazinoda yerləşən masaları yandırıb.

Hadisə nəticəsində 34 nəfər boğularaq ölüb. Hücumu törədən şəxs özünü öldürüb.

X X X

06:17

Manilada baş verən hücum terror aktı deyil.

Trend-in məlumatına görə, bu barədə yerli polis məlumat verib.

Beynəlxalq hava limanın yaxınlığında törədilən hücumun qarət məqsədi daşıdığı və terror aktı olmadığı bildirilir.

İlkin məlumatda 25 nəfərin yaralandığı bildirilsə də, sonrada qeyd edilib ki, hücum nəticəsində heç kim xəsarət almayıb.

X X

22:48

Manilada mehmanxana kompleksin yaxınlığında baş verən atışma nəticəsində azı 25 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Manila Times" agentliyi xəbər verir.

X X X

22:19

Filippinin paytaxtı Manilada mehmanxana kompleksi yaxınlığında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışdan sonra həmin ərazidə atışma səsləri də eşidilib.

Hazırda "Resorts World Manila" mehmanxana kompleksinin ətrafı nəzarətə götürülüb, əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, bu mehmanxana kompleksi Filippinin beynəlxalq hava limanı yaxınlığında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti