...

Liviya sahillərində 62 miqrantın cəsədi tapılıb

Dünya xəbərləri Materials 27 İyul 2019 03:33 (UTC +04:00)

Bakı. Trend:

Xilasetmə xidmətləri Liviya sahillərində gəmi qəzasında ölən 62 miqrantın cəsədini tapıblar.

Trend-in məlumatına görə, Liviyanın Tripolinin şərqində yerləşən Homs şəhərinin sahillərində cümə axşamı miqrantlarla birlikdə taxta qayıq aşıb.

"Qırmızı Aypara Liviya şöbəsinə tabe olan bölmələr 62 miqrantın cəsədini tapıb".

Bildirilir ki, 145 nəfər xilas edilib, 110 nəfər itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti