...

Dehlidə 43 qurbanı olan yanğının səbəbi qısaqapanma olub

Dünya xəbərləri Materials 9 Dekabr 2019 05:15 (UTC +04:00)
Dehlidə 43 işçinin həyatını itirdiyi fabrikdə baş verən yanğının səbəbi qısaqapanma olub
Dehlidə 43 qurbanı olan yanğının səbəbi qısaqapanma olub

Bakı. Trend:

Dehlidə 43 işçinin həyatını itirdiyi fabrikdə baş verən yanğının səbəbi qısaqapanma olub.

Trend-in məlumatına görə, qurbanların əksəriyyəti Hindistan əyalətlərindən gələn müsəlman miqrantlar olub. Yanğın başlayarkən işçilər yatıblar. Çantalar, papaqlar və digər toxuculuq-trikotaj məhsulları istehsal edən fabrikdə işçilər gündə təqribən 2,1 dollar qazanırdılar.

Həkimlərin dediyinə görə, dördmərtəbəli bina alova tutulan zaman qurbanların əksəriyyəti tüstüdən boğularaq ölüblər. Binada yanğın təhlükəsizliyi standartları pozulduğuna görə binanın sahibi polis tərəfindən saxlanılıb.

Hindistanın Baş naziri Narendra Modi yanğını dəhşətli adlandıraraq, həlak olanların ailələrinə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti