Bakı. Trend:
Yaponiyalı Kane Tanaka dünyanın ən uzunömürlü sakini kimi Ginnesin rekordlar kitabına düşüb.
Trend-in məlumatına görə, qadının yaşı 117 il 260 günü keçib. Bununla da o, iki il əvvəl vəfat etmiş Nabi Tadzimanın rekordunu təzələyib.
K.Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. O, şokoladı və qazlı içkiləri çox sevdiyini və 120 yaşınadək yaşamağa ümid etdiyini deyib.