...

Türkiyədə Ramazanda kütləvi tədbirlər keçirilməyəcək

Dünya xəbərləri Materials 12 Aprel 2021 10:50 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyədə Ramazan ayında COVID-19 pandemiyası ilə əlaqədar kütləvi iftar tədbirləri keçirilməyəcək.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qərara əsasən, bu müddət ərzində məscidlərdə təravih namazı da qılınmayacaq.

Qeyd edək ki, bugünədək Türkiyədə 3,8 milyondan çox şəxs koronavirusa yoluxub, 34 minə yaxın xəstə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti