Bakı. Trend:
ABŞ-ın Nebraska ştatında yaşayan və ölkənin ən yaşlı sakini kimi tanınan Telma Sutkliff 115 yaşında dünyasını dəyişib.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, qadın uzunömürlülüyün sirrini siqaret çəkməməkdə, əsəb keçirməməkdə və uşaq sahib olmamaqda görüb.
Telma Sutkliff 1924-cü ildə 18 yaşında ailə həyatı qurub. Evlilikdə övladı olmayan xanımın həyat yoldaşı təxminən 50 il əvvəl dünyasını dəyişib.