...

ABŞ maliyyə naziri kriptovalyuta bazarlarına nəzarəti gücləndirməyə çağırıb

Dünya xəbərləri Materials 17 Noyabr 2022 03:25 (UTC +04:00)
ABŞ maliyyə naziri kriptovalyuta bazarlarına nəzarəti gücləndirməyə çağırıb

Bakı. Trend:

ABŞ maliyyə naziri Janet Yellen "FTX" kriptovalyuta birjasının iflası fonunda kriptovalyuta bazarlarına daha çox nəzarət etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə nazirin yazılı açıqlamasında bildirilib.

"Böyük kriptovalyuta birjasının son çöküşü və onun kriptovalyuta sahiblərinə və investorlarına göstərdiyi fəsadları kriptovalyuta bazarlarına daha yaxşı nəzarətin zəruriliyini nümayiş etdirir", - deyə J.Yellen qeyd edib.

Nazir bildirib ki, maliyyə sabitliyinə gəlincə, bu hadisələrin kriptovalyuta bazarlarına təsiri az olub, lakin Maliyyə Nazirliyinin rəhbərliyi altındaki Maliyyə Sabitliyinə Nəzarət Şurasının son hesabatında ənənəvi maliyyə sistemi ilə kriptovalyuta bazarlarının daha da birləşməsi maliyyə sabitliyi ilə bağlı daha ciddi narahatlıqlar yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti