...

Bayden tezliklə Si Cinpinlə danışıqlar aparmaq istəyini bir daha təsdiqləyib

Dünya xəbərləri Materials 14 Mart 2023 03:01 (UTC +04:00)
Bayden tezliklə Si Cinpinlə danışıqlar aparmaq istəyini bir daha təsdiqləyib

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden tezliklə Çin Prezidenti Si Cinpin ilə yenidən telefon və ya videoəlaqə ilə danışıqlar aparmaq istəyini bir daha təsdiqləyib.

Trend xəbər verir ki, bunu ABŞ lideri bazar ertəsi Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə San-Dieqoda (Kaliforniya) baş tutan ikitərəfli görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

C.Baydeni bu səfərdə müşayiət edən Ağ Ev mətbuat xidmətinin məlumatına görə, ABŞ administrasiyasının rəhbəri yaxın gələcəkdə Si Cinpin ilə danışıb-danışmayacağı sualına müsbət cavabı verib. Bu danışıqların nə vaxt baş tutacağını dəqiqləşdirməyə hazır olub-olmadığı sualına isə C.Bayden mənfi cavab verib.

Daha əvvəl ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Si Cinpin və Co Bayden arasında yeni danışıqların tarixi hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti