...

ABŞ Rusiya üzrə 300-dən çox şəxsi qara siyahıya daxil edəcək

Dünya xəbərləri Materials 19 May 2023 00:25 (UTC +04:00)
ABŞ Rusiya üzrə 300-dən çox şəxsi qara siyahıya daxil edəcək

Bakı. Trend:

ABŞ Rusiyaya qarşı sektoral sanksiyalarını genişləndirmək, həmçinin Rusiya üzrə daha 300-dən çox şəxsi qara siyahıya salmaq və Moskva ilə əlaqəli əlavə 70 strukturu Amerika ixracından kəsmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlər üçün xüsusi telefon brifinqində danışan ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi bildirib.

ABŞ rəsmisi Vaşinqtonun "G7" ölkələrinin sammiti ilə bağlı gördüyü yeni məhdudlaşdırıcı tədbirlərin təkcə Rusiyaya deyil, üçüncü ölkələrə də təsir edəcəyini vurğulayıb:

"Bundan əlavə, ABŞ-ın 300-dən çox şəxsə, təşkilata, gəmilərə və təyyarələrə qarşı sanksiyalarını elan edəcəyik. Bu, sanksiyalardan yayınmanın, maliyyə vasitəçilərinin hərəkətlərinin, eləcə də Rusiyanın gələcək enerji və [digər] mədən potensialının qarşısın alınmasını əhatə edəcək", - deyə Vaşinqton administrasiyasının nümayəndəsi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti