...

Gürcüstanda 18 nəfər "oğru dünyası" ilə əlaqəsi olduğuna görə ƏLƏ KEÇDİ

Dünya xəbərləri Materials 14 Noyabr 2023 16:19 (UTC +04:00)
Gürcüstanda 18 nəfər "oğru dünyası" ilə əlaqəsi olduğuna görə ƏLƏ KEÇDİ
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda 18 nəfər "oğru dünyası" ilə əlaqəsi olduğuna görə saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstan DİN-in məlumatına görə, polisin "qanuni oğrular"a qarşı əməliyyatları nəticəsində 18 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin hamısının müxtəlif növ cinayət əməllərində fəal iştirak etdiyi, o cümlədən vətəndaşla arasında maliyyə və digər mübahisələri "oğru qaydaları"na əsasən həll etdiyi müəyyən olunub.

Axtarışlar nəticəsində polis odlu silahlar, hərbi sursatlar, narkotik və "qanuni oğrular"ın ünsiyyət saxladığı texnikanı aşkarlayıb.

Qeyd olunub ki, saxlanılan şəxslərə qarşı 15 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti