...

Türkiyədə axtarışda olan 1034 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 28 Noyabr 2023 11:34 (UTC +04:00)
Türkiyədə axtarışda olan 1034 nəfər saxlanılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 81 əyalətində həyata keçirilən "Çember-7" əməliyyatları nəticəsində axtarışda olan 1034 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.

Nazirin sözlərinə görə, 81 əyalətdə eyni zamanda həyata keçirilən əməliyyata 24 min 483 nəfərlik personal cəlb olunub.

Qeyd edilib ki, saxlanılan şəxslər arasında 13 nəfər qətldə, 342 nəfər oğurluqda, 239 nəfər insan yaralamada, 43 nəfər cinsi təcavüzdə, 54 nəfər qarətdə, 148 dələduzluqda, 90 nəfər narkotik alverində, 9 nəfər silahlı terror qruplaşmalarına qoşulmaqda, 2 nəfər isə FETÖ-yə üzv olmaqda ittiham olunur.

Türkiyəli nazir uğurlu əməliyyat münasibətilə müvafiq qurum və əməkdaşları təbrik edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti