...

Qırmızı bülletenlə axtarışa verilən 42 nəfər Türkiyədə saxlanıldı - Aralarında azərbaycanlı da var

Dünya xəbərləri Materials 19 Yanvar 2024 12:32 (UTC +04:00)
Qırmızı bülletenlə axtarışa verilən 42 nəfər Türkiyədə saxlanıldı - Aralarında azərbaycanlı da var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə Azərbaycan da daxil olmaqla, 12 ölkə tərəfindən İnterpol xəttilə qırmızı bülletenlə axtarışa verilən 42 nəfər "Kfaes-31" əməliyyatı ilə saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində məlumat verib.

Axtarış elan edən ölkələr siyahısına Azərbaycanla yanaşı, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovina, Almaniya, İsveç, Finlandiya və Misir daxildir.

Nazirin sözlərinə görə, axtarışda olan şəxslər Türkiyənin Ankara, Antalya, Bursa, Ərzurum, Əskişəhər, Kırklareli, Hatay, İstanbul, İzmir, Mersin, Niğde, Sakarya və Uşak şəhərlərində saxlanılıb, əməliyyatlar davam edir.

Qeyd olunub ki, saxlanılan şəxslər mütəşəkkil cinayətkar qruplaşmalara üzvlük, qanunsuz silah alveri, narkotik vasitələrin ticarəti, qəsdən adam öldürmə, miqrant qaçaqmalçılığı, maliyyə fırıldaqçılığı, soyğunçuluq və oğurluq, sənədlərin saxtalaşdırılması, vergidən yayınma kimi cinayətlərdə şübhəli bilinirlər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti