...

Yanvar-fevral aylarında Türkiyənin Özbəkistana avtomobil sənayesi məhsulları ixracı 12 milyon dolları ötüb

Dünya xəbərləri Materials 7 Mart 2024 11:15 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Özbəkistana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 faiz artaraq, 12,3 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Özbəkistana 5,8 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 22,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 5,9 milyard dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 3,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 19,9 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023- fevral 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti