...

Ermənistanın “Döyüş Qardaşlığı” təşkilatının 5 üzvü saxlanılıb (FOTO)

Dünya xəbərləri Materials 22 Aprel 2024 12:16 (UTC +04:00)
Ermənistanın “Döyüş Qardaşlığı” təşkilatının 5 üzvü saxlanılıb (FOTO)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.

Trend xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, təşkilatın üzvləri ötən gün Tavuş vilayətində insident törətdiklərinə görə saxlanılıb.

Belə ki, "Döyüş Qardaşlığı" təşkilatının üzvləri ilə Ermənistanın "Yerkrapa" təşkilatının üzvləri arasında toqquşma baş verib. Nəticədə "Döyüş Qardaşlığı" təşkilatının üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan və Aramais Ağabekyan polis bölməsinə aparılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti