...

Rusiyada və Türkiyədə “Discord” qadağan edilib

Dünya xəbərləri Materials 9 Oktyabr 2024 10:38 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

“Discord” platforması Rusiyada və Türkiyədə qadağan edilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmət (“Roskomnadzor”) qanunvericiliyin tələblərini pozduğu üçün “Discord” platformasını Rusiyada qadağan edib.

"“Discord” platformasına giriş, Rusiyanın qanunvericiliyinin tələblərini pozduğu üçün məhdudlaşdırılıb. Bu tələblərin yerinə yetirilməsi, platformanın terrorçu və ekstremist məqsədlər üçün, vətəndaşların bu cür fəaliyyətlərə cəlb edilməsi, narkotiklərin satışı və qanunsuz məlumatların yayılması məqsədilə istifadə edilməsinin qarşısını almaq üçün zəruridir", - Roskomnadzor.

Həmçinin, Türkiyənin ədalət naziri Yılmaz Tunç, "Discord" adlı sosial media platformasına Türkiyədən girişə məhdudiyyət qoyulduğunu açıqlayıb.

Nazir Yılmaz Tunç sosial şəbəkədə etdiyi açıqlamada aşağıdakı ifadələrə yer verib:

"Ankara Respublika Prokurorluğunun tələbi ilə Ankara 1-ci Sulh Cəza Məhkəməsi, “Discord” adlı sosial media platformasına 5651 Saylı “İnternet ortamında həyata keçirilən yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə törədilən cinayətlərlə mübarizə barədə qanunun” 8/1 maddəsində yer alan “uşaqlara qarşı cinsi zorakılıq və ədəbsizlik” cinayətlərinin baş verdiyinə dair kifayət qədər şübhə olduğu üçün bütün yayımlarının məzmunundan çıxarılaraq, göstərilən URL ünvanlarına Türkiyədən girişin qadağan edilməsi qərarını verib."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti