Bakı.Trend:
Latviya DİN rəhbəri Rixards Kozlovskis ölkə vətəndaşlarını Rusiya və Belarusa səyahətdən imtina etməyə çağırıb.
Trend-in xarici KİV-ə istinadən xəbərinə görə, nazir bildirib ki, vəziyyət gərginləşərsə, rəsmi Riqa bir neçə saat ərzində ölkənin şərq sərhədini tamamilə bağlaya bilər.
“Mən başa düşürəm ki, insanların orada qohumları var, iş-gücü var, amma belə səfərləri minimuma endirmək lazımdır”, - deyə o əlavə edib.
Xatırladaq ki, Latviya bir müddət əvvəl MDB dövlətlərindən olan vətəndaşların, o cümlədən, rusiyalıların üzərinə ölkəyə nə məqsədlə səfər etdiklərini açıqlamaq öhdəliyi qoyub. Yanlış məlumat verməklə və ya məlumatları gizlətməklə bu qaydanı pozanlara 2 min avro məbləğə qədər cərimənin kəsilməsi nəzərdə tutulub.