...

105 yaşlı britaniyalı uzunömürlülüyün sirrini açıb

Dünya xəbərləri Materials 11 İyun 2025 14:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyanın uzunömürlü sakini - Merion adlı qadın 105 illik yubileyini qeyd edib. O mətbuata uzunömürlülüyünün sirrini açıb.

Trend xəbər verir ki, bu barədə “National World” nəşri məlumat yayıb.

1920-ci ildə Birminhem şəhərində doğulan və sadəcə Merion adlandırılmasını üstün tutan britaniyalı qadın uzun illər müəllim kimi çalışıb, daha sonra isə Brendon kəndinə köçərək orada yerli xeyriyyə təşkilatının şöbə rəhbəri olub.

Hazırda o, Qloustershir qraflığının Tyukesburi şəhərində yerləşən qocalar evində yaşayır. Onun yubileyini qeyd etmək üçün qohumları və dostları bir araya gəliblər.

105 yaşlı Merion uzun ömrünün əsas sirrinin hamı üçün əlçatan olduğunu bildirib. Onun dediyinə görə, bu sirr sevinməyi bacarmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti