...

BMT: Yaxın Şərq ölkələrinin dəstəyi İraqda təhlükəsizliyin açarıdır

Dünya xəbərləri Materials 29 Yanvar 2007 15:07 (UTC +04:00)

BMT baş katibinin İraqdakı xüsusi nümayəndəsi Əşrəf Qazi bildirib ki, İraqda təhlükəsizliyin və daxili birliyin təminatı üçün Yaxın Şərq ölkələrinin dəstəyi əsas amildir. Suriya xarici işlər naziri Valed Muallemlə görüşdə Ə.Qazi İraqdakı təhlükəsizliyin təmin edlilməsində Dəməşqin rolunu xüsusi vurğulayıb. "RBK"ya istinadən Trend xəbər verir ki, Ə.Qazi həmçinin İraq qaçqınlarına sığınacaq verdiyi üçün Suriyaya təşəkkürünü bildirib və Suriya XİN başçısı ilə BMT tərəfindən qaçqınlara dəstək göstərilməsi imkanlarını müzakirə edib.

Ə.Qazi region ölkələrinin İraqdakı vəziyyətlə bağlı fikrini öryənmək məqsədilə Yaxın Şərqə etdiyi səfəri çərçivəsində Dəməşqdə olub. Bu səfər çərçivəsində o, həmçinin həmin ölkə hakimiyyətlərinə İraqda təhlükəsizlik, sabitlik və milli birliyin qorunması üçün dəstək gstərilməsi ilə bağlı müraciət etmək niyytəndədir.

Xəbər lenti

Xəbər lenti