Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Rejissor Eldar Ryazanovun vəziyyəti ağır olaraq qalır. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Burdenko adına Neyrocərrahiyyə ETİ-dəki mənbə məlumat verib.
Mənbə deyib: "Dünən axşam sağalma dinamikasında bir qədər azalma müşahidə etdik. Eldar Ryazanovun vəziyyəti bir qədər pisləşdi. Ona görə də o, hələ neyroreanimasiya şöbəsində qalır, vəziyyəti ağır kimi qiymətləndirilir".
Xatırladaq ki, E.Ryazanov noyabrın 24-də xəstəxanaya yerləşdirilib.