...

Bakıda kafedə dava - 1 nəfər ürəyindən bıçaqlandı

Gündəm Materials 29 Mart 2019 10:34 (UTC +04:00)
Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.
Bakıda kafedə dava - 1 nəfər ürəyindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 108/118 ünvanında yerləşən "Papa Cinema lounge" kafedə baş verib.

Paytaxtın Səbail rayonu, Bülbül prospekti ev 2, mənzil 80/82-də yaşayan Qasımov Əliyar Ərəstun oğlu həmin kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı döş qəfəsi və kürək nayihəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib, yaralının vəziyyəti ağır olduğundan dinidirilməsi mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti