...

Türkiyənin Ali Seçki Şurası seçkilərin keçirilməsi ilə bağlı qərarı təsdiqləyib

Gündəm Materials 10 Mart 2023 23:53 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Ali Seçki Şurası ölkədə prezident və parlament seçkilərinin mayın 14-nə təyin edilməsi ilə bağlı Prezidentin qərarını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə məlumat “Resmi Gazete”də dərc olunub.

Bildirilib ki, Türkiyə Konstitusiyayasına uyğun olaraq, prezident seçkilərinin ikinci turunun keçiriləcəyi halda, seçki günü mayın 28-nə təyin olunub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 14 mayda keçirilməsi ilə bağlı qərar imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti