...

Abşeronda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb

Hadisə Materials 29 İyul 2014 09:58 (UTC +04:00)
Abşeronda liftdə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib.
Abşeronda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Abşeronda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti