...

"Sazz" internet şirkətinə bomba qoyulduğunu deyən şəxs kim idi?

Hadisə Materials 1 Noyabr 2014 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

"Sazz" internet şirkətinə partlayıcı qurğu yerləşdirilməsi haqqında yalan məlumat vermiş azyaşlının şəxsiyyəti müəyyən edilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də saat 11:37 radələrində "Sazz" internet şirkətindən DİN-in "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisində yerləşən baş ofisə zəng etmiş naməlum şəxsin "İdarəyə bomba qoyulub, qaçın" deyərək dəstəyi asması barədə məlumat daxil olub.

Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb.

Araşdırma zamanı yalan məlumatın Neftçala rayon sakini, 13 yaşlı B.A. tərəfindən verilməsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti