...

Cəlilabadda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 30 Avqust 2019 13:07 (UTC +04:00)
Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Cəlilabadda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 29-da saat 23 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində kənd sakini E.Hüseynov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən Mirzəli kənd sakini Qafur Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti