...

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub

Hadisə Materials 17 Aprel 2020 11:31 (UTC +04:00)
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub

Bakı. Samir Əli - Trend:

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 17-də saat 2 radələrində rayonun Atakişili kəndi ərazisində Şahsevən kənd sakini M.İbadov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini Taleh Mahmudovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti