...

Bakı-Quba yolunda fəhlələri daşıyan avtobus aşdı, ölən və yaralananlar var

Hadisə Materials 22 Sentyabr 2022 20:08 (UTC +04:00)
Bakı-Quba yolunda fəhlələri daşıyan avtobus aşdı, ölən və yaralananlar var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb.

10 0F 572 nömrəli "Mercedes" markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı "Chevrolete" markalı avtomobili ötmək istəyərkən toqquşub.
Hadisə nəticəsində mikroavtobus sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı mikroavtobusda olan 1 nəfər- 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu isə hadisə yerində dünyasını dəyişib, 10-dan çox sərnişin xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda olan sərnişinlər fəhlələr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti