...

FHN Bakıda yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb (FOTO/VİDEO)

Hadisə Materials 16 Mart 2023 01:42 (UTC +04:00)
FHN Bakıda yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb (FOTO/VİDEO)

Bakı. Trend:

Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi, o cümlədən xüsusi təyinatlı avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 7kv.m sahədə, mətbəx mebeli 3p.m, 1 ədəd paltaryuyan və 1 ədəd kondisioner qismən yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti