...

Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub

Hadisə Materials 16 Mart 2023 21:41 (UTC +04:00)

Bakı. Trend:

Ağcabədi şəhərində məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 150 m² olan birmərtəbəli (arakəsmə divarları taxta konstruksiyadan ibarətdir) tikilidə ümumi sahəsi 24 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 16 m² olan otağın arakəsmə divarı 4 m² sahədə və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti