...

Bütün norma və qaydaların siyasi izahına qaçmaq yox, onları insan kimi qəbul etmək lazımdır– Azərbaycanın xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2008 16:14 (UTC +04:00)
Bütün norma və qaydaların siyasi izahına qaçmaq yox, onları insan kimi qəbul etmək lazımdır– Azərbaycanın xarici işlər naziri

Finlandiya, Helsinki, 05 dekabr/ Trend , müxbir Y.Qusatinskaya/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Trend - un Finlandiyadakı xüsusi müxbirinə müsahibəsi

- Son vaxtlar Türkiyə və Ermənistan arasında münasibətlərdə hiss olunacayaxınlaşma müşahidə olunur. Ankara və İrəvan arasında diplomatik münasibətlərin mümkün bərpası və sərhədlərin açılması baş verərsə, rəsmi Bakının mövqeyi necə olacaq?

- Digər dövlətlərin fəaliyyətlərinə şərh verməyi düzgün hesab etmirəm. Sərhəd məsələləri istənilən ölkənin suveren hüququdur. Danışıqlar sülh işinə xidmət edərsə, regionda sabitləşdirmə üzrə istənilən hərəkətlər müsbət qəbul olunur.

- Ermənistan prezidenti bir müddət əvvəl bəyan edib ki, münaqişənin nizamlanması üzrə danışıqlar Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi, DQ - yə beynəlxalq təhlükəsizlik zəmanətlərinin verilməsi, Ermənistan və Dağlıq Qarabağla birbaşa quru yolunun olması prinsipləri əsasında aparılır.  Bu bəyanat tərəflər arasında danışıqların mahiyyətini nə dərəcədə əks etdirir?

- Münaqişənin nizamanması üzrə danışıqların əsaslandığı sənədlərin dili hər şeyi mütləq şəkildə dəqiq müəyyən edir. Bütün norma və qaydaların siyasi izahına can atmayaraq, onları anlayışla qəbul etmək lazımdır. Beynəlxalq hüququn norma və prinsipləri birmənalı izah edilmir, münaqişənin nizamlanması üzrə bütün sənədləri qaldırmaq kifayətdir. Söhbət işğal edilmiş ərazilərdən gedir - bunu unutmaq olmaz.

- Azərbaycan Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün referendum keçirilməsini mümkün hesab edirmi?

- Referendum kimi hüquqi aktları keçirməzdən əvvəl ciddi hazırlıq vacibdir. Hər bir şəraiti yaratmaq lazımdır: Ermənistan Silahlı Qüvvələrini çıxarmaq, insanlara öz evlərinə qayıtmağa imkan vermək, qabaqcadan görülə bilən müəyyən həyat şəraiti yaratmaq, infrastrukturu bərpa etmək. Belə olarsa, hər 24 saatdan bir referendum keçirmək və buna böyük pullar xərcləmək olar. Lakin qaçqınlar referendumda iştirak edə bilməzlərsə, bu, səsvermə deyil.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti