...

Azərbaycan ümid edir ki, prezidentlərin Soçi görüşündən sonra Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkəcək (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2011 13:51 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşündən gözləntilərimiz odur ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyindən əl çəkəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
Azərbaycan ümid edir ki, prezidentlərin Soçi görüşündən sonra Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkəcək (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra Elnur Aslanovun fikirləri əlavə olunub (ilk xəbər 13:37-də yayılıb)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşündən gözləntilərimiz odur ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyindən əl çəkəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

"Bu gün Azərbaycan Prezidentinin apardığı siyasət sülh danışıqlarının davam etdirilməsindən ibarətdir, ancaq bunun da bir limiti mövcuddur. Bu limit sona çatdığı zaman alternativ yolları düşünmək bizim haqqımız və borcumuzdur", - Aslanov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, bu gün beynəlxalq təşkilatların verdiyi bəyanatlar Azərbaycanı qane etmir.

"Biz istəyirik ki, beynəlxalq təşkilatlar öz siyasi iradələrini ortaya qoysunlar və Ermənistana təzyiq göstərsinlər", - Aslanov deyib.

O, bildirib ki, Ermənistan rəhbərliyinin bu ölkənin inkişafı haqqında düşünməsinin vaxtıdır.

"Ermənistan özünün qeyri-rasional və qeyri-konstruktiv mövqeyindən əl çəkib, işğal altında olan Azərbaycan torpaqlarından geri çəkilib regionda sabitliyin bərqərar olunması üçün işlər görməlidir", - o, vurğulayıb.

Sabah Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti