...

BQXK Azərbaycanda saxlanılan erməni əsirlə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Avqust 2013 19:11 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlə görüşüb. Bu barədə Trend-ə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
BQXK Azərbaycanda saxlanılan erməni əsirlə görüşüb

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İzzət/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda
saxlanılan erməni əsirlə görüşüb. Bu barədə Trend-ə BQXK-nin
Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
İlahə Hüseynova bildirib.

İ.Hüseynova bildirib ki, bu gün baş tutan başçəkmədə əsirə ailəsinin
məlumatı çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı
bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam
cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan
hissəsinə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti