Bakı. Trend:
Ermənistana məxsus pilotsuz uçuş aparatı xüsusi üsulla endirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.