Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycan paytaxtından 20 kilometr aralıda yerləşən Xırdalan şəhərində külli miqdarda narkotik maddə aşkarlanıb. Bu barədə çərşənbə günü Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 12-də Xırdalan şəhər sakini Elçin Məmmədovdan satış məqsədilə saxladığı 2 kiloqram 134 qram tiryək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Daxili işlər orqanları tərəfindən ötən il qanunsuz dövriyyədən 337 kiloqrama qədər (hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 537 kq) narkotik vasitə götürülüb, 140 kiloqram (hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 323 kq) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilərək yayılmasının qarşısı alınıb.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2049 nəfərdən 1892-si (92,3%) əmək qabiliyyətli işləməyən və oxumayan, 597-si (29,1%) əvvəllər cinayət törətmiş şəxslər, 71-i (3,5%) qadınlar, 4-ü (0,2%) yetkinlik yaşına çatmayanlardır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]