...

Kosovonun müstəqilliyinin tanınması ilə Dağlıq Qarabağ münaqişəsi arasında bağlılıq yoxdur – ATƏT PA-nın rəhbəri

Siyasət Materials 23 Fevral 2008 14:26 (UTC +04:00)
Kosovonun müstəqilliyinin tanınması ilə Dağlıq Qarabağ münaqişəsi arasında bağlılıq yoxdur – ATƏT PA-nın rəhbəri

Avstriya, Vyana, 23 fevral / Trend , müxbir A.Ələsgərov/ ATƏT-in Parlament Assambleyasının prezidenti Qoran Lenmarker hesab edir ki, Kosovonun müstəqilliyinin beynəlxalq səviyyədə tanınması ilə Dağlıq Qarabağ münaqişəsi arasında bağlılıq yoxdur. "Kosovo probleminə yanaşmanın öz kriteriyaları var. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hər hansı bir qərar isə onun öz kriteriyaları əsasında qəbul olunacaq" - deyə ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Lenmarker Trend a müsahibəsində bildirib.

Fevralın 17-də Kosovo parlamenti ölkənin müstəqilliyi haqqında Bəyannaməni elan etdikdən sonra ərazilərində separatçı münaqişələr olan ölkələr bunun onların dövlətlərinin bütövlüyü üçün təhlükə ola biləcəyindən ehtiyat edirlər. Azərbaycanın Dağlıq Qarabağ regionu və bu əraziyə bitişik yeddi rayon SSRİ-nin dağılması zamanı Ermənistan tərəfindən işğal edilib. Dağlıq Qarabağ müstəqillik əldə etmək barədə istəyini bəyan edib, bu da dövlətlərin ərazi bütövlüyünün beynəlxalq prinsiplərinə ziddir.

Lenmarker guman edir ki, bu yaxınlarda Ermənistanda keçirilən prezident seçkiləri və yeni seçilmiş prezident bu münaqişənin nizamlanmasına öz tövhəsini verəcək. Münaqişə edən tərəflər arasında razılığın əldə olunma əhəmiyyəti barədə danışan Lenmarker onları böyük perspektivlər gözlədiyni bildirib.

Lenmarker bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri İlkki Kanervanın fevralın sonunda Ermənistan və Azərbaycana gözlənilən səfəri zamanı əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi olacaq.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Ermənistan prezidenti seçilməzdən əvvəl bu ölkənin baş naziri olmuş Serj Sarkisyan "Reuters"ə müsahibəsində bəyan edib ki, Serbiyanın Kosovo əyalətinin müstəqilliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması Azərbaycanın üzərində nəzarəti geri qaytarmağa çalışdığı Dağlıq Qarabağın müstəqilliyinin tərəfdarlarına əlavə əsas verəcək.

Formal olaraq Serbiya ərazisinin bir hissəsi olan Kosovo əyaləti 1999-cu ildən BMT-nin idarəçiliyi altındadır. Kosovo parlamenti fevralın 17-də əyalətin müstəilliyinə dair Bəyannaməni yekdilliklə təsdiq edib. Dünyanın təxminən 30 dövləti, o cümlədən Avropa İttifaqı, ABŞ, Almaniya, Fransa Kosovonun müstəqilliyini tanıyıb. Belqrad ölkənin müstəqilliyini etibarsız elan edən aktı qəbul edib. Rusiya bəyan edib ki, Kosovo tərəfindən elan olunmuş müstəqilliyin ləğv edilməsini təkid edəcək.

Xəbər lenti

Xəbər lenti