...

Tbilisi polisi gənc müxalifətçilərə Rustaveli prospektindəki hərəkəti dayandırmağa imkan verməyib

Siyasət Materials 9 Mart 2009 16:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 mart / Trend , N.Kirtsxaliya /

Rustaveli prospektindəki hərəkəti dayandırmağa cəhd edən "7 noyabr" QHT-nin üzvü Daçi Tsaquriya saxlanılıb. Bu gün QHT-nin təxminən 30 üzvü ənənəvi olaraq prospektdəki hərəkəti dayandırmağa cəhd ediblər. Onlar xarici işlər naziri Vano Merabişvilinin, ölkədə "ədalətin bərqərar olması" naminə Prezident Mixail Saakaşvilinin istefasını tələb ediblər. 

Patrul polislərinin hərəkətin dayandırılması cəhdinin qarşısını alması aksiya iştirakçılarının təcavüzünə səbəb olub. Onlar yolun işlək hissəsinə soxulmaq istəsələr də müqavimətlə üzləşiblər. Hadisə yerində polislərin hərəkətinə etiraz edən birləşmiş müxalifət liderləri olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]  

Xəbər lenti

Xəbər lenti