...

ABŞ Rusiyanı güclü görmək istəyir – Prezident Obama

Siyasət Materials 7 İyul 2009 13:57 (UTC +04:00)
ABŞ Rusiyanı güclü görmək istəyir – Prezident Obama

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir A.Qasımova /

ABŞ Rusiyanı güclü, əzmli, çiçəklənmiş görmək istəyir, bu barədə Moskvaya səfəri çərçivəsində Rusiyanın İqtisad məktəbində çıxışı zamanı ABŞ Prezidenti Barak Obama bildirib, "Vesti" telekanalı xəbər verir.

"Prezident və Baş nazir ilə apardığımız danışıqlar çox mühüm idi. Biz ümumi məqsədlərimizi müəyyənləşdirmək üçün səy göstərməliyik", - deyə Obama bildirib.

Rusiya Prezidenti Dmitri Medvedyevin dəvəti ilə ABŞ Prezidenti Barak Obama Moskvada rəsmi səfərdədir. Obamanın Moskvaya səfəri barədə razılıq iki ölkə liderinin "iyirmilər" sammiti öncəsi Londonda keçirilən görüşündə əldə olunub. Medvedyev o zaman bəyan edib ki, amerikalı həmkarı ilə tanışlıqdan razıdır və Rusiya paytaxtında maraqlı və məhsuldar görüşün keçirilməsinə ümid edir. 

Obamanın sözlərinə əsasən, "keçmiş rəqiblərin eyni məqsədə can atması çətindir".

"Bizim bir çox ümumi maraqlarımız mövcuddur, onlardan ən əsası nüvə təhlükəsinin qarşısının alınmasıdır", - deyə Prezident bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti