Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir E. Qəzvini/
Tehranla BAEA arasında nüvə müzakirələrində bəzi mübahisəli məqamlara toxunulsa da, yekun bir nəticəyə gəlinməyib. Bu barədə Trend İRNA xəbər agentliyinə istinadən məlumat verir. Tehranda keçirilmiş görüş BAEA tərəfdən Herman Nakaerts və İranın qurumdakı daimi təmsilçisi Əli Əsgər Sultaninin sədrliyi ilə baş tutub.
Müzakirələrin nəticəsi olaraq açıqlama verən Sultani bildirib ki, gündəliyə çixarılan bəzi mübahisəli məqamlara dair nəticə əldə olunub. İranlı nümayəndə onu da vurğulayıb ki, qurumun narahatlıq doğurduğu iddiaları ilə bağlı yeni dəlillər də diqqətə catdırılıb.
Onun sözlərinə görə, sözü gedən sənədlər növbəti görüşdə təqdim olunacaq. Yenidən biraraya gəlmə qərara alan tərəflər arasında növbəti görüşün nə zaman və harda keçirilməsi ilə bağlı isə bir açıqlama verilməyib.